Bu gün Azərbaycan Premyer Liqasında 31-ci tura start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günü 1 qarşılaşma baş tutub. Avrokuboklara vəsiqə qazanmaq uğrunda gərgin mübarizə aparan 2 klub üz-üzə gəlib.

"Turan Tovuz" doğma azarkeşləri qarşısında "Sumqayıt"ı qəbul edib. Görüş "kimyaçılar"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası

19 aprel

31-ci tur

16:30 "Turan Tovuz" - "Sumqayıt" - 1:4 

Qollar: Otto Con, 52 (pen.) - Şəhriyar Əliyev, 15 (avtoqol), Erik Sorqa, 22, Səbuhi Abdullazadə, 88, Cordan Rezabala, 90+5

Tovuz şəhər stadionu

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 14. Slavik Alxasov, 88. Faiq Hacıyev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 21. Aleks Souza

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov

Baş məşqçi: Ayxan Abbasov

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata

Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 23. Cordan Rezabala, 60. Tresor Mossi

Baş məşqçi: Samir Abasov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest