“Bavariya” yarımmüdafiəçisi Camal Musiala ilə bağlı qərarını qətiləşdirib. Matc.az xəbər verir ki, Almaniya klubu 21 yaşlı hücumameyilli oyunçunu yay fasiləsində satmayacaq.
Almaniya millisinin üzvü hazırda “Mançester Siti”nin maraq dairəsindədi. İngiltərə təmsilçisi hətta bu keçid müqabilində yüksək məbləğ ödəməyə də razıdı. Lakin münhenlilər aparıcı oyunçularını əldən buraxmayacaq. Klubun idman direktoru Maks Eberl heç bir təklifi nəzərdən keçirməcəyəklərini açıqlayıb.
“Bavariya”, əksinə, Musiala ilə müqaviləni 2026-cı ilə qədər uzatmaq istəyir. Komandanın yeni baş məşqçisinin kimliyi oyunçunun bu baxımdan qərarına təsir edəcək.
Qeyd edək ki, Camal Musiala bu mövsüm Bundesliqada 24 oyun keçirib, 10 qol vurub, 6 məhsuldar ötürmə verib.