Sabah Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Matc.az saytının məlumatına görə, bununla, 2023-24 mövsümünün finalçıları müəyyənləşəcək.

Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edəcək. Bakıda minimal fərqlə məğlub olan (1:2) "qırmızı-qaralar" revanşı almağa çalışacaq. "Zirə" isə titul qazanmaq şansını davam etdirmək üçün səfərdə turnirin son qalibinə uduzmamalıdı.

Günün ikinci qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq. Əzəli rəqiblər "Qarabağ"la "Neftçi" üz-üzə gələcəklər. Səfərdəki görüşdə rəqibin qapısından 4 cavabsız top keçirən ağdamlıların bu üstünlüyü əldən verməsi möcüzə olar.

Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunları
24 aprel

17:00. "Qəbələ" - "Zirə"
Qəbələ şəhər stadionu
İlk oyun - 1:2

20:00. "Qarabağ" - "Neftçi"
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun - 4:0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest