"Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb. 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər. "Mercedes"in pilotu Valtteri Bottas yürüşü birinci pillədə başa vurub.

"Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb. Matc.az xəbər verir ki, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər.

"Mercedes"in pilotu Valtteri Bottas yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 40,495 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb. Sıralama turunda Luis Hamilton ("Mercedes") ikinci, Sebastyan Fettel ("Ferrari") üçüncü olub.

Qeyd edək ki, sabah keçiriləcək mərhələ saat 16:10-da başlayacaq. Ondan öncə isə "Formula-2" üzrə ikinci yarış baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest