"200 metrə qaçışda rekord qırmağa çalışacam. Çünki təklərdə daha yaxşı nəticə göstərmək mümkündü. Ümumilikdə mövsüm ərzində 15-17 yarışda qaçmağı planlaşdırırıq. Hər il mübarizə getdikcə çətinləşir".

"İlk olaraq Dohada Daimond Liqada yarışacağıq. Bu mövsüm eyni zamanda dünya çempionatı da keçiriləcək. Zədə, xəstəlik olmasa, yüksək nəticələr gözləyirik". Matc.az saytı xəbər verir ki, bunu azərbaycanlı atlet Ramil Quliyev deyib.

Türkiyə yığmasının şərəfini qoruyan təcrübəli atlet Diamond Liqa, dünya çempionatı və Yay Olimpiya Oyunları ilə bağlı hədəflərindən söz açıb.

O, yerli mətbuata açıqlamasında Useyn Boltun rekorduna göz dikdiyini etiraf edib: "200 metrə qaçışda rekord qırmağa çalışacam. çünki təklərdə daha yaxşı nəticə göstərmək mümkündü. ümumilikdə mövsüm ərzində 15-17 yarışda qaçmağı planlaşdırırıq. Hər il mübarizə getdikcə çətinləşir. Amma hər şey öz ayağımızdadı. Useyn Bolt mümkünsüz görünən nəticələr göstərib. Amma onun uğurlarını təkrarlaya bilərəm. Yenə dünya çempionu olmağa çalışacağıq. Ancaq əsas hədəf olimpidadı. Adətən Asiyada yaxşı çıxış edirəm. Gələn il Tokioda da uğurlu çıxışa inanıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest