09 Avqust 2024, 14:31
FUTBOL
"Bavariya" rəhbərliyi komandanın futbolçusu Brayan Saraqosanı icarəyə göndərib. Matc.az xəbər verir ki, bu barədə Münhen klubu məlumat yayıb.
İspaniyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. Belə ki, o, 2024/2025 mövsümündə icarə əsasında "Osasuna"da oynayacaq.
Qeyd edək ki, Saraqosanın "Bavariya" ilə 2029-cu ilin yayınadək müqaviləsi var.