“Burada olduğum üçün çox xoşbəxtəm. Yeni komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm".

Türkiyənin "Konyaspor" klubuna keçən Hamidu Keyta ilkin təəssüratlarını bölüşüb. Matc.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən sabiq “Qarabağ”lı keçidə görə xoşbəxt olduğunu dilə gətirib.

O, Konyanın gözəl şəhər olduğunu bildirib: “Burada olduğum üçün çox xoşbəxtəm. Yeni komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm. Bilirəm ki, mükəmməl azarkeşlərimiz var, onlar hər oyunda “Konyaspor”a sonadək dəstək olurlar. Məqsədimiz azarkeşlərimizi hər zaman xoşbəxt etməkdi”.

Qeyd edək ki, Heyta "Konyaspor"la 2 illik müqaviləyə qol çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest