“Liverpul”un sabiq müdafiəçisi Deyan Lovren Yunanıstana köçür. Matc.az xəbər verir ki, xorvatiyalı futbolçu PAOK-a keçməyə yaxındı.

PAOK rəhbərliyi 35 yaşlı oyunçunun transferini “Lion”la razılaşdırıb. Lovren özü də karyerasını PAOK-da davam etdirməyin əleyhinə deyil. Hazırda müqavilənin təfərrüatları dəqiqləşdirilir. Lovren 2023-cü ilin yanvarından “Lion”da çıxış edir.

Qeyd edək ki, Xorvatiya millisi ilə AVRO-2018-in gümüş mükafatçısı olan Deyan Lovren DÇ-2022-nin də bürünc medalçısıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest