13 Sentyabr 2024, 13:46
FUTBOL
“Boavişta”nın iki qapıçısı eyni məşq zamanı zədələnib. Matc.az xəbər verir ki, klubun mətbuat katibi hər iki qolkiperin dizindən ciddi xəsarət aldığını açıqlayıb.
Belə ki, qapıçılar Joao Qonçalves və Luiş Piresin eyni məşqdə ön çarpaz bağları cırılıb. Futbolçular yaxın günlərdə əməliyyat olunacaq. Ardınca uzun müddət sağalma dövrü olacaq.
Portuqaliya klubunda yeganə sağlam qapıçı 17 yaşlı Tome Soza qalıb.