“Qəbələ” daha bir transfer həyata keçirib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Elşad Tağıyev heyətə cəlb edilib. “Qəbələ” akademiyasının yetirməsi olan 23 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Futbolçu daha öncə “Turan Tovuz” və “Səbail”in əsas komandalarında çıxış edib. “Neftçi”nin əvəzedici heyətində də forma geyinən Elşadın son komandası “Şamaxı” olub.

Qeyd edək ki, “Qəbələ” bu gün nigeriyalı yarımmüdafiəçi Oçe Oçeveçinin də transferini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest