“Sentyabrın 10-dan milli komanda təlim-məşq toplanışına başlayıb. Əvvəlcə Bakıda hazırlaşdıq. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verildi, daha sonra taktiki planda təmrinləri yerinə yetiririk”.

“Sentyabrın 10-dan milli komanda təlim-məşq toplanışına başlayıb. Əvvəlcə Bakıda hazırlaşdıq. İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verildi, daha sonra taktiki planda təmrinləri yerinə yetiririk”. Matc.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin üzvü Oktay Rüstəmli Azərbaycan Futzal Federasiyasının  mətbuat xidmətinə açıqlamasında deyib.

O, Çexiya yığması ilə keçiriləcək yoldaşlıq oyunlarına hazırlığı dəyərləndirib: “Dünən Zlin şəhərinə gəldik. Bu hazırlıq Çexiya ilə keçirəcəyimiz yoldaşlıq oyunları üçündü. Əlbəttə, yoldaşlıq görüşləri olsa da, meydana millinin formasında çıxacağıq və belədə məqsədimiz matçın statusundan asılı olmayaraq qələbə qazanmaqdı. Hələ ki, futzal mövsümünün əvvəli olduğuna görə, hər kəs formasının pik səviyyəsində deyil. Müəyyən axsamalar var, amma bunlar tədricən aradan qaldırılacaq”.

O.Rüstəmli komandada ab-havanın yüksək olduğunu bildirib: “Hər birimiz özümüzə və komandamıza inanırıq. Meydanda da bu inamın verdiyi ruh yüksəkliyi ilə mübarizə aparacağıq. Sentyabrın 19-da və 20-də Çexiya ilə keçirəcəyimiz matçların mahiyyətini başa düşürük. Əsas baş məşqçinin verəcəyi tapşırıqları mümkün qədər səhvsiz yerinə yetirmək olacaq. Çünki bizi dekabrdan başlayaraq AVRO-2026-nın seçmə oyunları gözləyir. Rəqiblərimiz bəllidi. Hər birinin məqsədi var, biz də final mərhələsinə yollanmaq niyyətindəyik”.

Futzalçı qrupun favoritinin Xorvatiya olduğunu söyləyib: “Seçmə mərhələdəki rəqiblərimiz heç də zəif komandalar deyil. Xorvatiya millisi favorit hesab olunur. Ancaq futzal elə idman növüdü ki, nəticəni əvvəldən proqnozlaşdırmaq mümkün deyil. Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest