“Barselona”nın sabiq baş məşqçisi Xavi klub rəhbərliyindən və futbolçulardan inciyib. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssisin fikrincə, klub hazırda onun komandada gördüyü işi gözdən salmaq və Hans-Diter Flikin fəaliyyətini tərifləmək məqsədi daşıyan kampaniya aparır.

Xavi, xüsusən də, yarımmüdafiəçi Pedrinin sözlərindən inciyib. İspaniya millisinin üzvü daha əvvəl Flikin rəhbərliyi altında futbolçuların fiziki hazırlığı üzərində daha çox işləməyə başladığını və indi yüksək tempi qoruyub saxlaya bildiklərini açıqlamışdı. Xavi komandada olarkən ən çox dəstəklədiyi Pedrinin bu sözlərinə təəccüblənib.

Qeyd edək ki, Xavi 2021-2024-cü illərdə “Barselona”nı çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest