“Tottenhem”in daha bir futbolçusu Avropa Liqasının ilk turunda “Qarabağ”la oyunu buraxa bilər. Matc.az xəbər verir ki, söhbət malili yarımmüdafiəçi Yves Bissumadan gedir.

28 yaşlı orta sahə oyunçusu hələ də məşqlərdən kənardı. Onun yaşıl meydanlara dönməsi bərpa prosesindən asılı olacaq. Klub Bissumanın durumunun hələ də qeyri-müəyyən olduğunu açıqlayıb. Bir müddətdi zədədən əziyyət çəkən braziliyalı hücumçu Rişarlisonun isə “Qarabağ”la matçı buraxacağı öncədən bəllidi. Onun sentyabrın sonlarında komandaya qoşulması gözlənilir.

Əvəzində niderlandlı müdafiəçi Mikki van de Ven və ingiltərəli hücumçu Dominik Solanke tam sağalıb.

Qeyd edək ki, “Tottenhem”lə “Qarabağ” arasında turnirin ilk tur oyunu sentyabrın 26-da Londonda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest