“Milan”ın sabiq baş məşqçisi Stefano Pioli Səudiyyə Ərəbistanı klubu “Əl-Nəsr”lə danışıq aparır. Matc.az xəbər verir ki, italyan mütəxəssis “Əl-Nəsr”ə əsas namizəd hesab edilir.

Rəhbərlik ötən gün portuqaliyalı baş məşqçi Luis Kastro ilə yolları ayırıb. 58 yaşlı çalışdırıcı ilə bağlı yeganə problem hələ də “Milan”la müqaviləsini ləğv etməməsidi. Klub onunla yolları ayırsa da, Pioli buna etiraz əlaməti olaraq, sözləşməsinə xitam verməyib. “Əl-Nəsr”lə anlaşma əldə olunsa, “Milan” da bu problemdən xilas olacaq.

Qeyd edək ki, Kriştiano Ronaldonun da formasını geyindiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında 3 turdan sonra 5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest