İtaliya futboluna ağır itki üz verib. Matc.az xəbər verir ki, ölkənin əfsanəvi futbolçularından olmuş Salvatore Skillaçi dünyasını dəyişib.

O, 59 yaşında xərçəng xəstəliyi səbəbindən vəfat edib.

Qeyd edək ki, "Toto" ləqəbli sabiq futbolçu 1990-cı ildə keçirilən dünya çempionatında "Qızıl buts" mükafatına layiq görülmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest