Çempionlar Liqasının (ÇL) I turunda “Ştutqart”la oyunda qol vuran “Real”ın futbolçusu Endrik rekorda imza atıb. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü İspaniya təmsilçisinin heyətində qitənin ən nüfuzlu klub turnirində fərqlənən ən gənc oyunçu ünvanını ələ keçirib.

O, bunu 18 yaş 58 günlüyündə reallaşdırıb. Endrik madridlilərin əfsanəvi forvardı Raul Qonzalesə məxsus rekordu yeniləyib. Raul Çempionlar Liqasında 18 yaş 113 günlüyündə fərqlənib. Enrdik həm də ÇL-də qol vuran ən gənc braziliyalıdı.

Qeyd edək ki, “Real” “Ştutqart”ı 3:1 hesabı ilə məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest