Madrid "Real"ının futbolçusu Brahim Dias sıradan çıxıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dias La Liqanın 5-ci turunda “Real Sosyedad”la oyunda (2:0) zədələnib. Sağ budundan zədə alan 25 yaşlı yarımmüdafiəçi bu səbəbdən 25-ci dəqiqədə Rodriqo ilə əvəzlənmək məcburiyyətində qalıb. Brahimin sıraya dönməsi 3 ay çəkə bilər.

Qeyd edək ki, Dias La Liqanın cari mövsümündə 5 oyunda 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest