"Liverpul”un sabiq müdafiəçisi Deyan Lovrenin PAOK-a keçidi rəsmiləşib. Matc.az xəbər verir ki, bu barədə Yunanıstan klubu rəsmi məlumat yayıb.

Bildirilib ki, təcrübəli futbolçu ilə 2 illik müqaviləyə qol çəkilib.

Qeyd edək ki, 35 yaşlı xorvatiyalı futbolçu son olaraq “Lion”un formasını geyinib. O, karyerası ərzində “Zenit”də də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest