Ötən mövsümdən topuqdan zədə alan "Barselona"nın yarımmüdafiəçisi Frank de Yonq komandanın ümumi qrupunda məşqlərə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, niderlandlı futbolçu 2019-cu ilin iyulunda "Ayaks"dan "Barselona"ya keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 213 oyunda 28 qol vurub və 31 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest