17 Sentyabr 2024, 11:22
FUTBOL
Yunanıstanlı çalışdırıcı Ange Postekoqlunun postu uğursuz nəticələrdən sonra laxlayıb.
Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın ilk oyunu keçirəcəyi “Tottenhem”də daxili problemlər baş qaldırıb. Matc.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.
London klubunun Premyer Liqanın ilk 4 turunda cəmi 4 xal toplaması rəhbərliyi narahat edir. Yunanıstanlı çalışdırıcı Ange Postekoqlunun postu uğursuz nəticələrdən sonra laxlayıb. “Tottenhem” qeyri-stabil nəticələri davam etdirsə, Postekoqlu ilə qışa qədər də yolların ayrılması mümkündü.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” matçı sentyabrın 26-da keçiriləcək.