25 İyul 2026, 12:26
FUTBOL
Madrid "Atletiko"su PSJ-nin yarımmüdafiəçisi Li Kan İnin keçidini elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı cənubi koreyalı futbolçu ilə 2031-ci il iyunun 30-na qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Yarımmüdafiəçi 2023-cü ilin yayından bəri PSJ-nin şərəfini qoruyub. Bu müddət ərzində Li Kan İn bütün turnirlərdə 124 matçda iştirak edib, 16 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu Paris klubu ilə iki dəfə Çempionlar Liqasının, üç dəfə isə Fransa çempionatının qalibi olub. "Transfermarkt" portalında oyunçunun dəyəri 28 milyon avro təşkil edir.
O, PSJ-yə keçməzdən əvvəl "Malyorka"nın heyətində çıxış edib.












