Meksika millisinin sabiq üzvü Karlos Vela yenidən MLS-də çıxış edəcək.

Matc.az xəbər verir ki, 35 yaşlı hücumçu "Los Anceles"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Velanın son klubu da "Los Anceles" olub. Bu ilin yanvarında komandanı tərk edən futbolçu daha əvvəl "Arsenal", "Vest Bromviç", "Real Sosyedad", "Selta" və "Osasuna"da da oynayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest