Beynəlxalq Futbol Federasiyasının (FİFA) rəhbəri Canni İnfantino və ABŞ prezidenti Donald Trampın yaxın ünsiyyəti dünya futboluna zərər vurur.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın sabiq prezidenti Yozef Blatter sosial şəbəkə hesabında məlumat yayıb.

"FİFA rəhbəri ilə ABŞ prezidenti arasındakı yaxın münasibətlər futbola dərindən zərər vuran maliyyə ölçüsünə çatıb. Heç kimin oyunumuzu satmağa haqqı yoxdur", deyə Blatter paylaşımında bildirib.

İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırdığı məlumatı yayılıb. Bu sxem potensial olaraq ona 10 milyonlarla funt-sterlinq qazandıra bilər.

ABŞ prezidenti Donald Trampın administrasiyasına yaxın şəxslərlə məsləhətləşmələr aparıldığını bildirilir. FİFA-ya üzv olan 211 assosiasiyanın hər biri təxminən 20 milyon dollar dəyərində pay ala bilər. İnfantino isə yeni şirkətin komissarı vəzifəsini tuta bilər.

Dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edib. İnfantino "Blue Sport" portalına FİFA-nın dünya birinciliyinin iştirakçılarının sayını 64 komandaya qədər artırmaq imkanını nəzərdən keçirə biləcəyini söyləmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest