"Strasburq" və "Çelsi" qapıçı Filip Yorgensenin keçidi ilə bağlı sövdələşməni tamamlayıblar.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, yayılan şayiələrə baxmayaraq, "Koventri Siti" 24 yaşlı danimarkalı qapıçının keçidi üçün konkret təklif irəli sürməyib. Yaxın vaxtlarda "Strasburq" ilə müqavilənin imzalanacağı gözlənilir.

Yorgensen 2024-cü ilin iyul ayından "Çelsi"də çıxış edir və onun London klubu ilə sözləşməsi 2031-ci il iyunun 30-na qədərdir.

2025/2026 mövsümündə qolkiper meydana çıxdığı 12 matçda qapısında 17 qol görüb, 1 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

"Transfermarkt" portalı Yorgensenin transfer qiymətini 15 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest