Türkiyə Superliqasında III turda təxirə salınmış "Qalatasaray" – "Qaziantep" oyunu keçirilib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Qaziantep klubunu qəbul edib.

Meydan sahiblərinin vurduğu 3 qoldan, qonaq komanda yalnız birinin əvəzini çıxa bilib.

Qeyd edək ki, "Qalatasaray" 5 oyunda 15 xal toplayaraq turnir cədvəlinin vahid lideri olub.

Türkiyə Superliqası
III tur
16 sentyabr

"Qalatasaray" – "Qaziantep" – 3:1
Qollar:
B. Yılmaz, 11, Y. Akgün, 26, M. Batşuayi, 76 // F. Soyalp, 81

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest