Fransanın “Lion” klubu yeni baş məşqçisini açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransa təmsilçisi ispaniyalı mütəxəssis Karlos Visenslə müqavilə imzalayıb. 43 yaşlı çalışdırıcının sözləşməsi 2028-ci il iyunun 30-dək nəzərdə tutulub.
Visens daha əvvəl Pep Qvardiolanın rəhbərliyi altında “Mançester Siti”də çalışıb. O, 2017-ci ildə İngiltərə klubuna qoşulub, 2021-ci ildən isə əsas komandada Qvardiolanın məşqçilər korpusunda yer alıb.
İspaniyalı mütəxəssis 2025-ci ildə Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi təyin edilib. Onun rəhbərliyi altında komanda ötən mövsüm ölkə çempionatını dördüncü pillədə başa vurub, Avropa Liqasının yarımfinalına yüksəlib.
Qeyd edək ki, Karlos Visens “Lion”da Paulo Fonsekanı əvəzləyib. Portuqaliyalı mütəxəssis “Sportinq”ə keçdikdən sonra Fransa klubunda baş məşqçi postu boş qalmışdı.








_1693395834.png)




