Portuqaliyalı mütəxəssis UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə oyunlardan öncə mətbuat konfransı keçirib.
“Biz hər bir oyuna qələbə istəyi ilə çıxırıq. Bilirik ki, Slovakiya zəif rəqib deyil. Buna baxmayaraq, mən komandama inanıram”. Matc.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
Portuqaliyalı mütəxəssis UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə oyunlardan öncə mətbuat konfransı keçirib. O bildirib ki, Azərbaycan futbolunun inkişafını istəyirksə, fərdilikdən əl çəkməliyik: “Mentaliteti dəyişmək lazımdı. Topla daha aqressiv oynamaq gərəkdi”.
Santuş millinin kapitanı Emin Mahmudovla bağlı sualı verilən sualı da cavablandırıb. O, Eminlə Ramil Şeydayevlə heyətdə yer almasına aydınlıq gətirib: “Bütün futbolçularımıza inanıram. Burada hər hansı bir cəza prinsipi yoxdu. Düzdü, Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi. Kapitan qərar verməyi bacarmalıdı. Emin keyfiyyətli futbolçudu. Futbolçular dərk etməlidilər ki, milliyə xidmət edirlər. Yığmaya çağırılmaq o demək deyil ki, 100 faiz oynayacaq. Köməkçilərimlə birlikdə Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Hər bir futbolçu diqqətdədi”.
Qeyd edək ki, millimiz C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də səfərdə Estoniya, oktyabrın 14-də isə Bakıda Slovakiya yığması ilə üz-üzə gələcək.