Estonların müdafiəçisi Artur Pikk Tallində yığmamızla baş tutacaq görüşü buraxa bilər.

Millətlər Liqasında millimizlə qarşılaşacaq Estoniya yığması problemlə üzləşib. Matc.az xəbər verir ki, estonların müdafiəçisi Artur Pikk Tallində yığmamızla baş tutacaq görüşü buraxa bilər.

Bu barədə Estoniya millisinin baş məşqçisi Yurgen Henn mətbuat konfransında məlumat verib. O bildirib ki, Polşanın "Odra" klubunda çıxış edən Pikk topuğundan zədə alıb. Henn yetirməsinin bu gün müayinədən keçəcəyini və vəziyyətinə tam aydınlıq gələcəyini qeyd edib.

Qeyd edək ki, Estoniya - Azərbaycan matçı oktyabrın 11-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest