16 Oktyabr 2024, 00:29
FUTBOL
İngiltərə millisinə rəhbərlik etməyə razılıq verən alman məşqçi Tomas Tuxel bu postda ildə 6 milyon avroya yaxın məvacib alacaq.
Matc.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində jurnalist Florian Plettenberq məlumat verib.
Bildiriliri ki, 51 yaşlı mütəxəssis oktyabrın 16-da keçiriləcək mətbuat konfransında İngiltərə millisinin baş məşqçisi kimi təqdim oluna bilər.
Xatırladaq ki, Tuxelin son iş yeri 2023-cü ilin martından 2024-cü ilin iyununa kimi rəhbərlik etdiyi "Bavariya" olub.
Hazırda İngiltərə yığmasının müvəqqəti baş məşqçisi Li Karslidir.