Tanınmış serbiyalı futbolçu Adem Lyayiç özünü başqa idman növündə sınamaq qərarına gəlib. Matc.az xəbər verir ki, 33 yaşlı oyunçu basketbol karyerasına başlamaq niyyətindədi.

33 yaşlı yarımmüdafiəçi ötən ilin sentyabrından Serbiya Super Liqasında çıxış edən “Novi Pazar”ın formasını geyinir. O, şəhərin basketbol klubu ilə də müqavilə imzalayıb. Lyayiç meydanda və döşəmədə çıxışları birləşdirməyi planlaşdırır.

Qeyd edək ki, Adem Lyayiç “Fiorentina”, “Beşiktaş”, “Roma”, “Torino”, “Partizan”, “İnter” kimi klublarda çıxış edib. Onun Serbiya millisində 47 oyunda 9 qolu var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest