DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Ukrayna yığmasının bir futbolçusu Fransaya köçə bilər. Matc.az xəbər verir ki, müdafiəçi İlya Zabarnı PSJ-nin maraq dairəsinə düşüb.

İngiltərədə “Bornmut”un formasını geyinən Zabarnı üçün fransızlar hərəkətə gəlib. Paris təmsilçisi artıq qarşı tərəflə danışıqlara başlayıb. PSJ mövsümün sonunda bu transferi reallaşdırmaq istəyir.

Qeyd edək ki, İlya Zabarnı ötən olin yanvarından “Bornmut”da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest