Bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 18-ci turunun "Sumqayıt"la (0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

"Futbolun yazılmayan qaydaları var. Son matçlarda komanda yaxşı oynayır. Sadəcə qələbə qazana bilmirik. Bu gün meydanda "Kəpəz" var idi. Hər iki hissədə qol epizodlarımız oldu. Çox təəssüf ki, qalib gələ bilmədik. Gələcəyə baxmalıyıq. Bizi qarşıda çox çətin ikinci yarı gözləyir. Qışda yaxşı seleksiya etməliyik".

Matc.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 18-ci turunun "Sumqayıt"la (0:0) oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Heyətdə kütləvi dəyişiklik gözlənilir?
- Hazırkı büdcəmizlə heyətdə böyük dəyişikliklər etmək mümkün deyil. Sadəcə 3-4 futbolçunu dəyişmək istəyirik. Bu yöndə işlərimiz gedir. Əsasən də qol hissiyyatı olan futbolçular axtarırıq. Bəkə də çempionatda heç kimin bizim qədər qol epizodu olmur. Amma dəyəndirə bilmirik. Buna görə də heyfslənirik.

- "Kəpəz"dəki fəaliyyətinizi necə qiymətləndirirsiniz?
- Altıncı turdan "Kəpəz"dəyəm. İlk 3-4 turda axsamalar oldu. Ondan sonra komanda nə istədiyimizi bilirdi. İkinci dövrədə artıq xallar topladıq. Məncə hələ ki, qənaətbəxşdir. Daha yaxşısını etməyə çalışacağıq.

- Braqanın epizodları dəyərləndirə bilməməsinin səbəbi nədir?
- Ustalıqla bağlı olduğunu düşünürəm. Xallar əziyyətlə qazanılır. Braqa bəlkə də ən çox qaçan futbolçudur. Sadəcə ustalıq məsələsi öz sözünü deyir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest