"Mançester Siti"nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri məşhur "The Guardian" nəşrinin versiyasına görə 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
Matc.az xəbər verir ki, ikinci sırada "Real"ın və Braziliya millisinin vingeri Vinisius Junior qərarlaşıb. İlk üçlüyü "Mançester Siti"nin və Norveç millisinin hücumçusu Erlinq Haaland tamamlayır.
"The Guardian"a görə 2024-cü ilin ən yaxşı 10 futbolçusu:
1. Rodri ("Mançester Siti");
2. Vinisius Junior ("Real", Madrid);
3. Erlinq Haaland ("Mançester Siti");
4. Lamin Yamal ("Barselona");
5. Cud Bellinqem ("Real", Madrid);
6. Harri Keyn ("Bavariya");
7. Lautaro Martinez ("İnter");
8. Florian Virtz ("Bayer")
9. Daniel Karvaxal ("Real", Madrid);
10. Kilian Mbappe (PSJ/"Real", Madrid).