20 Dekabr 2024, 20:00
FUTBOL
Norveçli mütəxəssis Eirik Horneland "Sent-Etyen"in baş məşqçisi olub.
Matc.az xəbər verir ki, bu barədə Fransa komandasının mətbuat xidməti məlumat yayıb.
49 yaşlı çalışdırıcı ilə müqavilə 2027-ci ilin yayına kimi bağlanıb. Horneland bu vəzifədə Olivye Dall'Olyonu əvəzləyib.
Qeyd edək ki, "Sent-Etyen" 13 xalla Liqa 1-in turnir cədvəlində 16-cı yerdədir.