“Çelsi”nin müdafiəçisi Coş Açimponq klubu ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubu məlumat yayıb.

Bildirilib ki, 18 yaşlı müdafiəçi ilə sözləşmənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub. 8 yaşında “Çelsi”nin akademiyasına qoşulan Açimponq həmin vaxtdan aşağı yaş qruplarında oynayır.

Qeyd edək ki, Coş Açimponq Konfrans Liqasının geridə qalan turunda Qazaxıstan klubu “Astana” ilə səfər qarşılaşması zamanı “Çelsi”də debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest