“River Pleyt” “Lion”un və Argentina millisinin müdafiəçisi Nikolas Talyafiko ilə maraqlanır. Matc.az xəbər verir ki, Fransa klubu maliyyə problemi yaşadığı üçün dünya çempionu təklifi nəzərdən keçirməyə hazırdı.

32 yaşlı oyunçunun həyat yoldaşı bu yaxınlarda iki quldur tərəfindən hücuma məruz qaldığı üçün Lionu tərk edib. Talyafikonun da eyni addımı atması gözlənilir.

Qeyd edək ki, müdafiəçi 2022-ci ilin yayında “Ayaks”dan “Lion”a keçib. Onun müqaviləsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest