“Yuventus” yayda transfer etmək istədiyi iki futbolçunu müəyyənləşdirib. Matc.az xəbər verir ki, İtaliya nəhəngi “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhen və “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.

Turin klubu serbiyalı hücumçu Duşan Vlahoviç və müdafiəçi Andrea Kambiasonu satmaq fikrindədi. Rəhbərlik bu istəyini reallaşdıra bilsə, Osimhen və Tonalinin transferi üçün rəsmi danışıqlara başlayacaq.

Qeyd edək ki, Sandro Tonali 2028-ci ilə qədər “Nyukasl”a, Viktor Osimhen isə 2026-cı ilin yayına qədər “Napoli”yə məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest