12 Fevral 2025, 12:45
FUTBOL
“Real” müdafiəçisi Raul Asensio ilə yeni müqaviləyə imzalamaq niyyətindədi. Matc.az xəbər verir ki, 21 yaşlı oyunçunun sözləşməsinə sərbəstlik maddəsi daxil edilməyəcək.
Bu barədə tanınmış insayder Fabritsio Romano paylaşım edib. Onun sözlərinə görə, yeni müqavilədə hazırda 50 milyon avro olan satınalma müddəası yer almayacaq. “Kral klubu” yaxın vaxtlarda Asensio ilə sövdələşməni yekunlaşdırmağa çalışır.
Qeyd edək ki, Raul Asensio bu mövsüm La Liqada 11 oyun keçirib.