17 Fevral 2025, 20:22
FUTBOL
"Beşiktaş" kapitanı Necip Uysalın sözləşməsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı mərkəz müdafiəçisinin yeni müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Beşiktaş"ın yetirməsi olan Uysal 2009-cu ildən əsas komandada çıxış edir. O, bu mövsüm "qara qartallar"ın heyətində cəmi bir rəsmi matçda meydana çıxıb.