"Real"ın fransalı futbolçusu Kərim Benzama çempionlar Liqası tarixinin 4-cü bombardiri adına yiyələnib. Matç.az saytı xəbər verir ki, hazırda davam edən III turun "Viktoriya" ilə ev oyununda hesabı açan hücumçu qitənin ən nüfuzlu klub turnirində 57-ci dəfə fərqlənib.

Bununla da Benzema hollandiyalı Ruud van Nistelroyu arxada qoyaraq 4-cü yerin tək sahibinə çevrilib. O, yalnız üç oyunçudan Kriştianu Ronaldo (120), Lionel Messi (105) və Rauldan (71) geri qalır.

Mövsümdə ilk qolunu vuran Benzema daha bir göstərici ilə diqqət çəkib. Fransalı ardıcıl 14 mövsüm çempionlar Liqasında qol sevinci yaşayıb. Ona qədər yalnız Messi və Raul belə nailiyyətə imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest