09 May 2025, 18:09
FUTBOL
Mövsümün sonunda "Vest Hem"lə müqaviləsi başa çatan Danni İnqs gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, ingiltərəli forvard Premyer Liqa təmsilçisini tərk edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumçunun yayda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Qeyd edək ki, "Vest Hem" Danni nqsi 2023-cü ilin yayında "Aston Villa"dan transfer edib. İngiltərə millisinin sabiq üzvü bu mövsüm London klubunun heyətində keçirdiyi 17 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.