"Real"dan ayrılan Luka Modriç İtaliyada çıxış edə bilər.

Matc.az xəbər  verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

"Milan" xorvatiyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. A Seriyası təmsilçisi 39 yaşlı futbolçu ilə danışıqlara başlamağı pplanlaşdırır.

Qeyd edək ki, Luka Modriç başa çatan mövsümdə "Real"ın heyətində keçirdiyi 57 oyunda 4 qol vurub, 9 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest