04 İyun 2025, 12:15
MPL
Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Neftçi” PFK daha iki futbolçu ilə yolları ayırıb.
Matc.az xəbər verir ki, Robert Bauer və Rafael Quzzo ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ağ-qaralar" hər iki futbolçuya gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edəkk ki, "Neftçi" daha əvvəl Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi və Rüstəm Samiqullinlə yollarını ayırıb.