Joze Mourinyonun "Fənərbaxça"dakı gələcəyi müəyyənləşmək üzrədir.

Matc.az xəbər verir ki, klub prezidenti Ali Koç portuqaliyalı mütəxəssislə görüşəcək. Bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

Koç Mourinyo ilə görüşmək üçün bu gün Londona gedib. Tərəflər arasında baş tutacaq görüşdə 62 yaşlı məşqçinin İstanbul təmsilçisində qalıb-qalmayacağı müəyyənləşəcək.

Qeyd edək ki, Joze Mourinyo 2024-cü ilin yayında "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. Komanda lider "Qalatasaray"dan 11 xal geri qalmaqla Super Liqada 2-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest