06 İyun 2025, 16:08
MPL
Qazaxıstan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Matc.az xəbər verir ki, qazaxlar səfərdə Belarus seçməsinin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qazaxıstan millisinin formasını geyinən "Sabah"ın qapıçısı Stas Pokatilov da bu matçın iştirakçısı olub. 32 yaşlı qolkiper oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda qalıb.