Rafinya ötən mövsüm La Liqada keçirdiyi 36 oyunda 18 qol vurub, 11 qol ötürməsi edib.

İspaniya La Liqasında 2024/2025 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

Matc.az xəbər verir ki, "Barselona"nın futbolçusu Rafinya başa çatan mövsümün ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuaat xidməti məlumat yayıb.

Braziliyalı vinger səsvermədə komanda yoldaşları olan Lamin Yamal, Perdi, Robert Levandovskini, həmçinin, Kilian Mbapppe, Vinisius Junior, Cud Bellingem (hamısı "Real"), İsko ("Betis") və Oyan Sanseti ("Atletik") qabaqlayıb.

Qeyd edək ki, Rafinya ötən mövsüm La Liqada keçirdiyi 36 oyunda 18 qol vurub, 11 qol ötürməsi edib. 28 yaşlı futbolçu komandasının çempionluğunda vacib rol oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest