06 İyun 2025, 17:13
FUTBOL
"Renn"in müdafiəçisi Lorans Assinyon karyerasını Almaniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, "Ştutqart" fransalı sağ cinah müdafiəçisini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Almaniya klubunu bu keçid üçün "Renn"ə 12milyon avro təzminat ödəyəcək. 24 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqqavilə imzalanıb.
Qeyd edək ki, Lorans Assinyon ötən mövsüm "Renn"in heyətində keçirdiyi 34 oyunda 4 qol vurub, 5 qol ötürməsi edib.