07 İyun 2025, 14:28
FUTBOL
FİFA klublararası dünya çempionatının oyunları zamanı hakimlərin üzərində kamera yerləşdiriləcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı qurumun rəsmi saytı paylaşıb.
"Bu testin əsas məqsədlərindən biri yeni kamera rakursunu "hakimin gözündən" göstərməklə tamaşaçı təcrübəsini yaxşılaşdıra biləcəyini öyrənməkdir. Bundan əlavə, FİFA gələcəkdə belə kameraların istifadəsi üçün bu təcrübədən yararlanacaq", - deyə bildirilir.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. Qrup mərhələsi iyunun 26-da başa çatacaq. Pley-off oyunları iyunun 28-dən iyulun 9-dək keçiriləcək. Final qarşılaşması isə iyulun 13-də baş tutacaq.