İtaliyanın sabiq baş məşqçisi Roberto Mançini milli ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, 60 yaşlı mütəxəssis İtaliya yığmasından getdiyinə peşman olduğunu etiraf edib.
"Vaxtı geri qaytara bilsəydim, milli komandanı tərk etməzdim. Bu qərara görə təəssüflənirəm. O vaxtlar çoxlu anlaşılmazlıqlar var idi. Prezidentlə daha çox ünsiyyət qursaydım, hər şey başqa cür ola bilərdi. Bu, mənim səhvim idi. Geriyə baxanda başa düşürəm ki, mən qalmalıydım. Milli komanda ilə işləmək karyeramdakı ən gözəl hisslərdəndir və onunla qələbə qazanmaq çox özəldir".
Xatırladaq ki, Mançini 2018-2023-cü illərdə İtaliya millisini çalışdırıb. O, milli ilə AVRO-2020-nin qalibi olub. İtaliya millisinə hazırda Luçano Spaletti başçılıq edir.