FİFA VAR üçün "təkmilləşdirilmiş yarımavtomat ofsayd aşkarlama texnologiyası"nı təqdim edəcək.

FİFA klublararası dünya çempionatında VAR üçün "təkmilləşdirilmiş yarımavtomat ofsayd aşkarlama texnologiyası"nı təqdim edəcək.

Matc.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, bu yenilik "Nottingem Forest"in hücumçusu Tayvo Avoniyinin "Lester Siti" ilə oyununda futbolçunun zədə səbəbindən süni komaya salınması kimi vəziyyətləri aradan qaldırmağa kömək edəcək.

FİFA-nın bəyanatında deyilir ki, yenilik artıq dekabrda keçirilən Qitələrarası Kubokda və bir sıra gənclər turnirlərində uğurla sınaqdan keçirilib.

FİFA bildirib ki, sistem oyunçuların mövqelərini və topun mövqeyini izləyəcək, açıq-aydın oyundankənar vəziyyət aşkar edilərsə, real vaxt rejimində hakimləri avtomatik xəbərdar edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest